Facebook Pixel Code
Azərbaycan Respublikasının Dövlət Bayrağı
Baxış sayı:
  • Ünvan:
    Mirəli Seyidov, Bakı, Yasamal, AZ1100
Avtobus

Azərbaycan Respublikasının Dövlət Bayrağı (Yasamal) – Bayraq 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisindəki parkda qurulub. Əvvəllər bu park Q.Musabəyovun adını daşıyırdı. Bayrağın yerində isə Q.Musabəyovun daşdan yonulmuş möhtəşəm büstü qoyulmuşdu. 2007-ci ildən parkda yenidənqurma işləri aparılıb və büst götürülüb. Onun yerində isə Azərbaycanın bayrağı dalğalanır. Bayrağın dirəyinin hündürlüyü təxminən 30 metrdir. Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

http://www.genprosecutor.gov.az/?/az/content/30/

http://deyerler.org/new/ru/print:page,1,14395-v-second-life-otkryt-jelektronnyjj-shater-ramadana.html

INSTAGRAM
posts
followers
Follow