Facebook Pixel Code
GoMap XƏRITƏ
Məhəmməd məscidi və minarə
Baxış sayı:

Bakıda İçəri şəhərdə yerləşir. Sınıqqala məscidi hicri tarixi ilə 471-ci ildə (miladi 1078) usta rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən sonralar Minarəli adlanan küçədən azacıq aralıda inşa olunub. Üzərindəki kitabədən 1078-ci ildə ustad Əbubəkr oğlu Məhəmməd tərəfindən tikildiyi məlum olan bu Sınıqqala minarəsi də dini memarlığın inkişafını izləmək cəhətdən olduqca qiymətlidir. Sınıqqala Azərbaycan memarlığında ən qədim minarədir. Minarənin quruluşunda qala tikintisinə uyğun cəhətlər özünü göstərir.Onun gövdəsi olduqca geniş olduğundan müdafiə bürclərini xatırladır. Lakin memar minarənn gövdəsini memarlıq qanunları ilə incəldir, onun şərəfəsinin oturacağını təşkil edən stalaktitləri diqqətlə işləyir, şərəfənin eyvan sürahisini daşdan oyma həndəsi ornamentlərlə örtür. Nəticədə dolğun və klassik bir tikili yaranmış olur. Bu yeni memarlıq tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması Şirvan-Abşeron memarlıq məktəbi tarixində Sınıqqaladan əvvəl də bu cür tikililər yaradıldığını güman etməyə imkan verir. Kitabədə abidənin ustad Əbubəkr oğlu Məhəmmədin sifarişi ilə tikildiyi bildirilir. Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də, binanın memarının da eyni şəxs olduğu güman edilir. Çünki “ustad” sözü Məhəmmədin sənətkar olduğunu göstərir. Digər tərəfdən ustad adlanan bir sənətkarın abidənin sifarişçisi olaraq çıxış etməsi bu sənətkarın yüksək ictimai (dini) mövqe tutduğunu da göstərir. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının (Bakı qalası) mərkəzi oxunda daşla şəbəkə şəklilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal həm Şərq və Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir. Abşeron-Şirvan memarlıq məktəbi üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır. Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış vintvari daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı vardır. Dama iri daş plitələr döşənmişdir, stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayələr yazılmışdır. 1988-ci ildə burda aparılmış qazıntılar zamanı məscidin əvvəllər məlum olmayan yeni həcmli sturukturu açıldı. Minarənin özülü həmişəki kimi alçaq və kvadrat formada idi. Ancaq ibadət zalının altında analoji oxvari tavana mənsub olan yeni bir zal meydana çıxdı. Bu mərtəbədə İslama qədər dini mərasimə aid olan elementlər aşkarlandı. Bütün bunlar bir daha təsdiq edir ki, məscid atəşgah üzərində inşa olunmuşdur. Məscidin cənub fasadı yarımdairə həcmli mehrabla və minillik divar fonunda oxvari tağbənd pəncərələrlə dartılmış proporsiyalar şəklində özünü göstərir. Məscidin dinamik kompozisiya fonunda ucalan minarə ətraf tikililər arasında hakim mövqedə durur. Bərpa işləri zamanı Şirvan-Abşeron memarlıq məktəbinin bütün mahiyyəti bu məscidin simasında açıldı.

http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126

 

  • Ünvan:
    Mirzə Mənsur, 42, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 50) 310-06-90 (Bağırov Xanmirzə)
Avtobus
Son xəbərlər