Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Aydəmir məscidi
Baxış sayı:

Məscid Maştağa kəndinin Xunxar məhəlləsində tikilib. İnşa tarixi XIX əsrə aiddir. İç sahəsi 4,5x9 metrdir. Xoca Aydəmir məscidi yonulmuş sal daşlardan tikilib. Divarların qalınlığı 90 sm. olub, iç tərəfdən qum-sement məhlulu ilə suvanıb və ağardılıb. Dam qırla örtülüb. Mehrabı daşdandır, hündürlüyü 2,5 metrdir. Divarlar çöl tərəfdən daş plitələrlə üzlənib. Məscidin içərisində 4 pəncərəsi və 4 taxçası var. Məscidin giriş tərəfində kiril əlifbası ilə "Xoca Aydəmir Məscidi, XIX əsr" sözləri yazılıb. Bura sovetlər dövründə də həmişə fəaliyyət göstərib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

  • Ünvan:
    Axund Şeyx Hüseyn, 1, Bakı, Sabunçu, AZ1039
Avtobus
Son xəbərlər