Facebook Pixel Code
GoMap XƏRITƏ
Pirallahı yarımadasındakı Abşeron mayakı
Baxış sayı:
  • Ünvan:
    Bakı, Pirallahı, AZ1127
Avtobus

1859-cu ildə, Pirallahı adası ilə üzbəüz dağda Abşeron mayakı – yerli mayaklardan ən irisi tikilmişdir. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. Mayak 1860-cı ilin 23 oktyabrında istifadəyə verilmişdir. İşığın 38 km uzaqlıqdan görünməsinə malik olaraq, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. Mayak kerosin lampası ilə işıqlandırılırdı. Sonralar, 1912-ci ildə mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını, 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.

 

Son xəbərlər