Facebook Pixel Code
GoMap XƏRITƏ
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi
Baxış sayı:
Avtobus
Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi( sarayı)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin yerləşdiyi bina bu qurumun balansına verilmişdir. Əsaslı təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 mart 2009-cu il tarixdə keçirilmişdir.Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Vaxtilə binanın ərazisində tanınmış polyak memarı Yozef Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş və 1931-ci ildə bolşeviklərin göstərişinə əsasən dağıdılana qədər fəaliyyət göstərmiş kastyol mövcud olmuşdur. 2008-ci ildə bu qurumun balansına qaytarılana qədər Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində Şəhriyar adına Mədəniyyət Sarayı olaraq fəaliyyət göstərmişdir. Bu qurumun balansına qaytarılması ilə DTX-nin Mədəniyyət Mərkəzi adlanan binada həmin ərəfədən müasir standartlara cavab verən əsaslı təmir-tikinti işləri aparılmasına başlanıldı. Təmirdən sonra tamamilə yeni görkəm alan tikilinin özənəməxsus memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilmişdir.Yüksək keyfiyyətli səs və işıq avadanlığı ilə təchiz edilən Mədəniyyət Mərkəzində 352 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran yerləşir. Binaya daxil olan qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin foyedəki büstü, Azərbaycan Respublikasının Milli Arxivi və Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən götürülmüş, əksəriyyəti ilk dəfə nümayiş etdirilən fotoşəkillərdən ibarət ekspozisiyası ilə tanış ola bilərlər.
Son xəbərlər