Quba Heydər Əliyev Mərkəzinin yerləşdiyi və ulu öndər Heydər Əliyevin Abidəsinin ucaldığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 1998-ci ildə, ümummilli liderin anadan olmasının 75 illik yubileyi günündə istifadəyə verilmişdir. Ötən müddət ərzində park şəhər əhalisinin sevimli istirahət güşələrindən birinə çevrilmişdir. Aparılan yenidən qurma işləri nəticəsində park daha da müasirləşmiş və gözəlləşmişdir. Burada müasir işıqlandırma sistemi yaradılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Parkda ulu öndər Heydər Əliyevin Abidəsinin yaxınlığında təbii və dekorativ daşlardan istifadə olunmaqla möhtəşəm şəlalə kompleksi yaradılmışdır.
Oğuz şəhərinin mərkəzində 1950-ci ildə salınmışdır. Bura Oğuzluların əsas istirahət guşələrindən biridir. Parkda 2011-ci ildə Ulu öndər Heydər Əliyevin heykəli qoyulmuşdur.