Azərbaycan Respublikasının Dövlət Bayrağı ( Alyoşa Caparidze ) Çilov adası Alyoşa Caparidze küçəsində yerləşən Dövlət Bayrağı meydanı 2009 – cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “ 28 May ” Neft Qazçıxarma İdarəsi tərəfindən inşa etdirilmişdir. Bayraq dirəyinin hündürlüyü 65 metrdir. 2015 – ci ildə Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.