Parkın salınmasına 2007-ci ildə başlanmış və 2008-ci ildə işlər tamamlanmışdır. Parkın ümumi sahəsi 4 hektardır. 17 500 kvadrat metrlik ərazidə yaşıllıq zolağı salınıb. 2 böyük fəvvarə bu istirahət guşəsinə xüsusi yaraşıq verir. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı parkın görünüşündə milli memarlıq üslubundan istifadə olunub. Bu da həm bölgənin, həm də Azərbaycan memarlıq ənənələrinin yaşadılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir. Ulu öndərin parkda abidəsi ucaldılmışdır.
http://www.aztv.az/xbdx/x-1.asp?id=5094&il=2009
http://www.masalli-ih.gov.az/view.php?lang=az&menu=2&id=1518