Şəlalə parkıTeleteatrın yanında yerləşən "Şəlalə" parkı bakılılar və şəhərimizin qonaqları üçün əla istirahət məkanıdır. Parkın dizayenerləri parkın dizaynı üzərində işləyərkən, şələləni çox harmonik formada yaratmışlar. Süni şəlalə harmonik olaraq Azərbaycanın dağ rayonlarının abu-havasını yaradır. Parkda yaşıllıq salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuşdur. Pilləli şəlalə rəngarəng işıqlarına görə, axşamçağları xüsusilə gözəl görünür. Şəlalə parkı Nazirlər Kabinetinin qarşısında yerləşdiyi üçün bu parkı çox vaxt Nazirlər Kabinetinin qarşısındakı park da adlandırırlar.