Sahil parkıBakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer “Sahil parkı” adlanır. Sovet dövründə salınan bu park əvvəllər “26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bu gün burada, düz parkın ortasında, böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Fəvvarə suyunun şırıltısı il boyu çoxillik ağacların kölgəsində istirahət edən adamların ruhunu oxşayır. Bu ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub. Parkın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir.