Dövlət Bayrağı meydanı (Qusar) - 2009-cu ildə Qusar şəhərində Dövlət Bayrağı meydanının açılışında iştirak etmişdir. Qusar şəhərinin girəcəyində ən yüksək yerdə inşa olunmuş Dövlət Bayrağı meydanının tikintisinə 2009-cu ilin mayında başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunmuş meydanın ərazisi 16 min kvadratmetrdir. Meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınmış, yerli iqlimə uyğun 5 min ağac, dekorativ gül kolları əkilmişdir. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ərazinin meteoroloji vəziyyəti nəzərə alınaraq bayraq üçün 12 tonluq dirək ucaldılmışdır. Bayrağın eni 10, uzunluğu 20 metrdir.
http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_sentyabr2009/90332.htm