Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər Əliyev parkı
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, İsmayıllı, AZ3100
Avtobus

Bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılmışdır. Parkın ümumi sahəsi 9 hektardır. 2009-cu ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanmışdır. Bu istirahət ocağında hündürlüyü 12,5 metr, eni 19,5 metr olan əzəmətli giriş portalı yaradılmışdır. Xüsusi kompozit materialdan hazırlanan həmin portalın üzərində “Heydər Əliyev adına park” sözləri həkk olunmuşdur. Portalın ətrafı qranit daşla üzlənmişdir. Parkın girişində - 2 min kvadratmetr sahədə Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə yaradılmış, 15 min kvadratmetr sahəyə müasir dizaynla daş, 45 min kvadratmetr sahəyə isə qazon döşənmişdir. Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilmiş, 500 nəfərlik yeni yay kinoteatrı tikilmiş, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılmışdır. Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənmiş, 5 hektar sahədə yaşıllıq salınmış, uzunluğu 132 metr, eni 7 metr olan müasir fəvvarə, işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 10 min ağac və gül kolundan istifadə olunmuşdur. Parkda 13 dekorativ fiqur, 5 istirahət köşkü quraşdırılmışdır.

http://www.azerbaijan.az/portal/newsaz.html?action=GetFullNews&ldid=2005-07-26&ltid=21:41:33&ndid=2009-10-30&nid=3

Son xəbərlər