Facebook Pixel Code
GoMap XƏRITƏ
AMEA-nın Mərkəzi Nəbatat Bağı
Baxış sayı:
Avtobus

AMEA-nın Mərkəzi Botanika bağı -1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan (indiki "Şəhidlər xiyabanı"ndan) başlamış "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir. Abşeron yarımadasının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Bakı Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni mərkəzlərindən biri hesab olunur. Bakı Nəbatat bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir. Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovşağında yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi. Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanmışdır. 1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Naxçıvan MR-nın yaşıllaşdırılması üçün 100 növdən ibarət 10 minlərlə ağac, kol və çiçək bitkiləri vermiş, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna, Azərelektroterm, radio, gəmi təmiri zavodlarına, məktəb və bağçaların yaşıllaşdırmasına köməklik göstərmişdir. Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparmış, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara vermişdir. Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş bitki kolleksiyası vardır. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura və doktorantura fəaliyyət göstərir.


http://www.aznabatat.com/az/az.htm
Son xəbərlər