Hüseyn Cavid parkıHüseyn Cavidin adını daşıyan park Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında yerləşir. Burada 1993-cü ildən Hüseyn Cavidin heykəli ucaldılıb. Heykəlin müəllifi heykəltaraş Ömər Eldarovdu. 2002 və 2008-ci illərdə bağ bərpa edilib. Nəticədə bağa su kompleksini təşkil edən bir neçə fəvvarə qoyulub. Abidəni hovuzlar əhatə edir -ikisi monumentlə üzbəüz, 3-ü isə arxadadır.