2004-ci ildə Biləsuvarda 2 hektar sahəni əhatə edən ərazidə Heydər Əliyev adına park salınmışdır. 2007-ci ildə parkda əsaslı təmir işləri aparılmış, sahəsi 5 hektara çatdırılmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə quraşdırılmışdır. Burada 3 minə yaxın ağac və bəzək kolları əkilmişdir. Parkın ərazisində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə kompleks yaradılıb.
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=23304
http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id=26321&Itemid=9