Facebook Pixel Code
GoMap XƏRITƏ
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Baxış sayı:
  • Ünvan:
    İstiqlaliyyət, Bakı, Səbail, AZ1001
  • Telefon:
    (+994 12) 497-29-05, (+994 12) 497-29-01
  • Faks:
    (+994 12) 497-62-31
Avtobus
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Sinfonik OrkestrıÜzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrı 1920-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin formalaşmasında dirijorlardan Baton, Klemperer, Ştidri, Qolovanov yaxından iştirak etmişlər. 1940-cı ildən Sinfonik Orkestr Üzeyir Hacıbəyovun adını daşıyır. Simfonik Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Sinfonik orkestrin faliyyət tarixinə nəzər saldıqda Çaykovskinin Altıncı simfoniyası, “Françeska da Rimini” uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün “Rokoko mövzusuna variasiyalar”, “Italyan kapriççosu”, Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, Borodinin “Bahadır” simfoniyası, Şubertın “Tamamlanmamış simfoniya”sı və sair əsərlərini yüksək səviyyədə, professionallıqla ifa etdiyini, dahi alman bəstəkarı Bethovenin 150 illiyi münasibəti ilə Bakıda təşkil olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etdiyini görmək olar. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə dirijorlardan Çernyaxovski, Qoldşteyn, Stolerman və başqaları işləmişlər. 1938-ci ildən Simfonik Orkestrə görkəmli dirijor Niyazi başçılıq etmişdir. 1948-ci ildən isə həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olmuşdur. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Sinfonik Orkestr Niyazinin rəhbərliyi ilə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasını, Fikrət Əmirovun “Nizami” simli simfoniyasını, Ceyhun Hacıyevin III simfoniyasını və başqa bəstəkarlarımızın əsərlərini uğurla ifa etmişdir.
Son xəbərlər