Facebook Pixel Code
GoMap XƏRITƏ
M.F.Axundov bağı
Baxış sayı:
  • Ünvan:
    Lermontov, Bakı, Səbail, AZ1001
Avtobus
Mirzə Fətəli Axundov adına bağ, daha çox Axundov bağı kimi tanınan bağ metronun “İçərişəhər” stansiyasından yuxarıda, hərəkətin çox olduğu Lermontov, Əhməd Cavad və Səid Rüstəmov küçələrinin kəsişməsində yerləşir. Bu köhnə Bakı parkında Azərbaycan dramaturqu, yazıçı, filosof və maarifçi Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb. Abidə 1930-cu ildə qoyulub, müəllifi Pyotr Sabsaydır. O, Odessada doğulsa da, 1926-cı ildən Bakıda yaşayıb və işləyib.Bağ kiçik olsa da, park üçün lazım olan hər cür şərait, o cümlədən rahat skamyalar, orijinal çıraqlar, gül kolları, mərmər cığırlar, işıqlandırılan kollar, xüsusi dibçəklərdə güllər, çəmənlik var.Sahəsi 1300 kvadratmetr olan bağça 2008-ci ildə yenidən qurulub. Bərpadan sonra burada 3 mindən çox gül və bəzək kolu əkilib.Bağçanın yanında maraqlı tarixi binalar yerləşib. Səid Rüstəmov küçəsində neft maqnatı Dmitri Mitrofanovun evi yerləşir. Mitrofanovun evinin yanında “çəhrayı ev” – Dövlət Bankı işçilərinin yaşayış evi yerləşir. Binanın memarlığında XIX əsr Şəki və Şuşa şəhərlərinin tikililəri üçün xarakterik elementlərdən istifadə edilib.
Son xəbərlər