Facebook Pixel Code
GoMap XƏRITƏ
Şahbulaq qalası
Baxış sayı:
  • Ünvan:
    Şahbulaq, Ağdam, AZ0200
Avtobus

Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan İran tərəfdən gözlənilən təhlükədən qorunmaq üçün strateji cəhətdən əlverişli bir yerdə, möhkəm qala tikdirmək qərarına gəldi. Bu qala, həm də xanlığın mərkəz qalası olmalı idi. Bu məqsədlə, Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini seçdi. Şahbulaq qalasının burada salınması hər cəhətdən əlverişli idi. Daha doğrusu, təhlükəsiz idi. Xanlığın mərkəzi olacaq bu qala, tarixçilərin dediyinə görə, 1751-1752-ci illərdə tamamlanmışdır. Şahbulaq qalasının içərisində yaşayış binaları, hamam, məscid və bazar tikilmişdir. Şahbulaq qalası hündür divarlarla əhatə olunmuşdur. Xanın iqamətgahı səkkizqülləli qəsrdə yerləşirdi. Qala düzbucaqlı olmuş, yonulmamış daşlardan tikilmişdir. Qalanın içərisindəki tikililərin çoxu dağılmışdır. Tikili böyük görkəmə malik olmuşdur. Pənahəli xan öz ailəsi, qohumları, yaxın adamları, böyük sənətkar və alimlərlə burada ya-şamışdır. Qalada bərpa işləri aparılmışdı, müəyyən qədər əvvəlki görkəminə salınmışdır (xarici divarları).

Son xəbərlər