Facebook Pixel Code
GoMap XƏRITƏ
Bəzəkli qalası - I (Bəzəkei qalası)
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7405
Avtobus

Kəngərli rayonunun Qarabağlar kəndində arxeoloji abidədir. Abidənin mərkəzində Narınqala verləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O hər tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1m hündürlukdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçaları ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla ahatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir. Abidənin quruluşu və tikinti texnikası Erkən Dəmir dövrü abidələri üçün xarakterikdir. Tikinti texnikasını nəzərə alaraq abidəni e.ə. 1-ci minilliyə aid etmək olar.

Naxçıvan abidələrinin ensiklopediyası

Son xəbərlər