Facebook Pixel Code
GoMap XƏRITƏ
Bəzəkli qalası - II (Bəzəkei qalası)
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7405
Avtobus

Bəzəkli qalası II - Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığındadır. Kənd yeri yaşayış yerindən şimal-qərbdədə arxeoloji abidədir. Qala təbii cəhətdən müdafıə olunan, strateji cəhətdən əlverişli mövqeyə malik dağın üzərində yerləşir. Qalanın yerləşdiyi ərazi q. və şm. tərəfdən təbii qayalıqla əhatə olunmuşdur. Zəif müdafiə olunan ş. və c. tərəfdə daşdan hörülmüş qalın divar inşa edilmişdir. Daş divarın yalnız qalıqları qalmışdır. Qalanın şimal qurtaracağında qayalığın üzərində yerləşən sahə Narınqala rolunu oynamışdır. Burada dördkünc formalı evlərin qalıqlarına rast gəlinir. Araşdır malar göstərmişdir ki, qalanın içərisindəki evlər əsas müdafiə divarına birləşik halda yerləşdirilmişdir. Tədqiqat zamanı yaşayış yerindən Tunc dövrünə aid çəhrayı və boz rəngli keramika nümunələri aşkar olunmuşdur. Çəhrayı rəngli keramika parçalarının bir qismi qara rənglə naxışlanmışdır. Bu tip keramika Naxçıvanın Orta Tunc dövrü üçün xarakterikdir. Abidəni e.ə. 3-2-ci minilliklərə aid etmək olar.

Naxçıvan abidələrinin ensiklopediyası

Son xəbərlər