2001-ci ilin avqust ayında Naxçıvan arxeoloji ekspedisiyasının Muxtar Respublika ərazisində apardığı tədqiqatlar zamanı professor V.H. Əliyev və t.e.n. S.H.Aşurov Sədərək rayonunda eyni adlı qala qeydə almış və orada ilkin tədqiqatlar aparmışlar.
«Sədərək qalası» eyni adlı kəndin cənub-şərq qurtara- cağında, Şərur rayonunun Dəmirçi kəndi ilə sərhəddə, Vəlidağın şiş zirvələrindən birinin üzərində yerləşir. Sədərək kəndinin cənub-şərqini, Dəmirçi kəndiniıı isə şimal-qərbini əhatə edən Vəlidağın ən hündür zirvəsi dəniz səviyyəsindən 1242,2 m yüksəkdə yerləşir. Bu iki kəndin sərhədində Vəlidağdan kiçik bir silsilə ayrılaraq Araz çayına doğru uzanır və sanki Sədərək və Şərur düzənliklərini bir-birindən ayırır. Bu hissədə dağın zirvəsi dəniz səviyyəsindən 955,2 metr yüksəklikdə yerləşir və qalanın narınqalası məhz bıı zirvədə ycrləşir. Zirvənin cənub ətəkləri çapılaraq magistral yol salınmış və beləliklə dağın kiçik bir təpəşəkilli hissəsi Araz çayı istiqamətdə əsas silsilədən ayrı düşmüşdür. Bu hissə xalq arasında «Çapacaq» və ya «Dəhnə qapısı» adlandırılır. Başlanğıcını Türkiyədən alan Araz çayı Vəlidağdan 1,5- 2 km, cənubda labirintlər şəklində burularaq Şərur düzü istiqamətdə axınını davam etdirir. Dağın aşağı ətəklərini şərq, cənub və qərb istiqamətdə bir cərgə qala divarları əhatə edir. Divarlar adətən iri sal daşlarından qurulmuşdur. Tikinti zamanı bərkidici məhluldan istifadə olunmamışdır. Əksər hissəsi dağıdılmış birinci qala divarının hündürlüyü dağın relyefindən asılı olaraq müxtəlif istiqamətlərdə dəyişir. Daha çox təhlükənin gözləndiyi dağ yamaclarında divarlar nisbətən hündür və əzəmətlidirlər. Narınqala hissə birinci qala divarlarından fərqli olaraq dağın bütün zirvəsini əhatələyir. Narınqalaya çıxış iki istiqamətdə, şimal (Sədərək kəndi tərəfdən) və cənub (Dəmirçi kəndi tərəfdən) olmuşdur.
Sədərək istiqamətdə dağı bir cərgə qala divarı əhatələyir və ölçülərinə görə nisbətən böyük qala qapısı məhz bu istiqamətdə yerləşir. Giriş qapısının eni 6 m-dir. Qapının yanları bir növ bürcləri əvəz edən daxilə doğru düz bucaq formalı hörgülərdən ibarətdir. Bucaqların qərb tərəfı sağa və sola doğru dağ boyunca uzanır.Bu hissədə qala divarları iri, qismən yonulmuş sal daşları üst-üstə qoymaq yolu ilə hörülmüşdiir. Dağıdılmış qala divarlarının qismən salamat qalmış hissələrinin bəzi yerlərdə hündürlükləri 1-1,5 m-dir.
Giriş qapısından sağ tərəfdə, dağın bu hissədəki ən hündür zirvəsində dördkünc bürc qurulmuşdur. Bu bürc çox güman ki, əsas nəzarətçi məntəqəsi olmuşdur. Dəniz səviyyəsindən 955,2 m yüksəklikdə yerləşən bu məntəqədən cənuba doğru daha iki dördkünc planlı gözətçi məntəqəsi yerləşir. Bu məntəqələrdən qərbə doğru dağın sıldırımlardan ibarət olduğu nəzərə alınaraq qala divarları qurulmamışdır. Maraqlıdır ki, bürclərin hamısı Şərur düzünün digər möhtəşəm qalası Oğlanqaladan fərqli olaraq dördküncdürlər. Oğlanqalada bürclər dairəvi və qövsvaridirlər.
Narınqalanın cənub-şərq hissəsinin quruluşu daha maraqlıdır. Bu hissədə qala divarları terraslara uyğun olaraq pilləlidir. Qalaya Şərur düzü istiqamətdən olan girişin qarşısını kəsən birinci pillədə divarlar qala qapısı və onun hər iki tərəfındə qurulmuş dördkünc bürclərlə tamamlanır. Lakin bu bürclər ölçülərinə görə kiçik olmuşdur (1,5x1,5 m). Çox güman ki, bu bürclərin hər birində bir döyüşçü keşik çəkmişdir. Bu qala qapılarından yuxarıya doğrıı olan terraslarda bəzən bir - birinin yanında, bəzən isə bir - birindən azca aralı geniş sahəli (20-30 m2) düzbucaq formalı yaşayış binalarının qalıqları qalmışdır.
Şərur istiqamətdən qalaya giriş iki dağ yamacları arasında qalmış vadi boyuncadır. Bu keçidin sol tərəfındə Sədərək qalasının narınqalası yerləşir. Lakin sağ tərəfdən gözlənilən təhlükənin qarşısını almaq üçün Vəlidağın zirvəsinə doğru uzanan şərq hissəsində qala divarları qurulmuşdıır.Sədərək qalası özünün möhtəşəmliyi, memarlıq üslubu, tikinti texnikasına görə Naxçıvan bölgəsinin digər qədim qalalarından fərqlənir. Qalanın tikilməsi zamanı relyefə uyğun olaraq tətbiq edilmiş memarlıq üsulu Hett memarlığına daha yaxındır.
Qalanın tikinti xüsusiyyətini və mədəni təbəqəsinin xüsusiyyətini öyrənmək üçün üç yerdə kəşfıyyat şurfu qazıldı. Şurflardan biri dağın ətəyindəki birinci qala divarında, ikisi isə narınqalada qazıldı. Dağıdılmış aşağı qala divarının 2m-lik hissəsi daxildən təmizləndi. Müəyyən edildi ki, qala divarları iki cərgə iri qaya parçalarından qurulmuş, onların arası isə kiçik daşlarla doldurulmuşdur. İkinci şurf qalanın narınqala hissəsində bir-birinə bitişik qurulmuş dördkünc tikililərdən birinin daxilində qazıldı. Maraqlıdır ki, qazıntı sahəsində arxeoloji materiala rast gəlinmədi.
Üçüncü şurf narınqalanın şimal və cənub bürclərinin arasında yerləşən gözətçi məntəqəsində qazıldı. Çox zaman bu məntəqə 1 və ya 2 gözətçi üçün olmuşdur vo o bürc xarakteri daşımamışdır. Burada da arxeoloji materiala rast gəlinmədi.Arxeoloji materiallar əsasən qalanın cənub ətəklərində, şose yola tərəf hissədən əldə olunur. Onlar müxtəlif daş alətlərdən, saxsı məmulatından və muncuqlardan ibarətdir. Sədərək qalasının arxeoloji materialları Naxçıvanın son tunc - ilk dəmir dövrü abidələri üçün səciyyəvidir. Onların analoqlarına II Kültəpə, Şortəpə, Şahtaxtı yaşayış yerlərinin və həmçinin, Qalacıq, Qarabulaq, Zeyvə nekropollarının arxeoloji materialları içərisində tez-tez rast gəlinir.2002-ci ildə aparılan araşdırmalar zamanı Sədərək qalasının qədim sakinlərinin nekropolunu da müəyyənləşdirmək mümkün olmuşdur.
Müseyibli Nəcəf Qədim Sədərək