Facebook Pixel Code
GoMap XƏRITƏ
Koroğlu qalası
Baxış sayı:
  • Ünvan:
    Gədəbəy, AZ2121
Avtobus

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar. Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış "Azərbaycanın yer adları" adlı kitabında bununla əlaqədar çox maraqlı məlumatlar verilmişdir. Müəllif yazır: "Gədəbəy rayonu Dördlər kəndi yaxınlığında Koroğlu qayası vardır. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib, buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoyurmuş. Eyni ərazidə Koroğlu yarğanı adı da qeydə alınmışdır. Söylənilən rəvayətə görə, bu, Koroğlu qayadan Qıratın belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğandır". Tarixi qaynaqlarda Koroğlunun tarixi şəxsiyyət olduğu qeyd olunur. Osmanlı dövləti ilə Səfəvilər arasında baş verən müharibələr XVI əsrin sonu - XVII əsrin əvvəllərində Cəlalilər hərəkatının baş verməsinə gətirib çıxarmışdır. XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlanan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana və qonşu ərazilərə də yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulan müflisləşmiş kəndlilər və şəhər yoxsulları yerli hakim dairələrin üzərinə hücum edərək, onların var-dövlətini ələ keçirirdilər. Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Həmçinin dastanlarda Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda yerləşdiyi bildirilir.

http://big.az/forum/index.php?s=57c87fd84fd02e1af3527fc1120b24d1&showtopic=15805&pid=321899&mode=threaded&start=

 

Son xəbərlər