Musiqili Fəvvarə (Neftçilər)2007-ci ildə Dənizkənarı Milli Parkda , Azneft meydanı ilə üzbəüz dünyada analoqu olmayan musiqili fəvvarənin açılışı oldu. Musiqili lazer fəvvarə İtaliya memarlarına məxsus “Neonalpina” layihəsi əsasında reallaşmışdır. Musiqili fəvvarənin üzərində üçrəngli bayrağımız və Azərbaycanın xəritəsi əks olunmuşdur. Onun ümumi sahəsi 5000 kvadratmetr təşkil edir və dünyada analoqu yoxdur. Mərmər örtüklü döşəmədə milli memarlıq nümunələri öz əksini tapmışdır. 8 su oyunu və 1 statistik dirəkdən ibarət qurğu vasitəsilə fəvvarə buradan keçən hər bir insanı özünə cəlb edir. Burada milli musiqi səslənir. Xüsusi lazer qurğularının köməyi ilə isə Azərbaycan filmlərindən epizodlar, milli atributların təsvirləri göstərilir.