Facebook Pixel Code
GoMap XƏRITƏ
“Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğu (ofis)
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Qazax, AZ3500
  • Telefon:
    (+994 2229) 5-43-87
Avtobus

«Avey» Dövlət tarix-mədəniyyət qoruğu – Qazax ərazisindəki hündürlüklər arasında Daş Salahlı kəndindən və Qazaxdan Yuxarı Salahlı kəndinə gedən yoldan görünən Avey massivi diqqəti cəlb edir. Avey dağının adı bu yerdə bir zamanlar mövcud olan atəşpərəstlərin ibadətgahı ilə əlaqədardır (qədim türk dilindən – Ay evi). Dağın 992,5 metr hündürlüyündə qədim alban kilsəsi görünür. Qafqaz Albaniyasının əsas məbədi olan həmin Aveydağ məbədi IV-V əsrlərə aid edilir. Məbədə gedən yol dağ üzərindən keçir, lakin obyekt sərhəd zonasında (Ermənistan-Azərbaycan sərhədi) yerləşir. Avey dağının şimal-qərb hissəsində Daş Salahlı kəndində yerləşən qədim mağara diqqəti cəlb edir. Ahəng qayaların altında mağaradan süzülən Damcılı bulağı axır. Buraya insanlar dincəlmək üçün gəlirlər. Mağaranın ərazisi 360 kv metr təşkil edir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid 8000-dən artıq əşya tapılmışdır. Bunlardan ən qədimi orta və üst paleolit dövrlərinə, ən yenisi isə tunc dövrünə və orta əsrlərə aid edilir. Avey massivi Avey Dövlət Qoruğu (ərazisi 3613 ha) çərçivəsində mühafizə olunur. "Avey" Dövlət qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 22 fevral 1989-cu il tarixli 99 nömrəli qərarı ilə yaradılmışdır. Qoruqda 3 filial - "Əskipara", "Damcılı" və "Göyəzən" filialları fəaliyyət göstərir. Qoruğun əsas məqsədi rayonda olan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrin elmi təhlilini vermək, mühafizə edilib qorunmasını və saxlanılmasını təmin etməkdir. Qoruğun ərazisində 57 ədəd abidə qeydiyyata götürülmüşdür. Bu abidələrin biri - Damcılı mağarası dünya, 32-si ölkə, 24-ü yerli əhəmiyyətli, təsnifatına görə 36-sı arxeoloji, 16-sı memarlıq, 5-i isə dekorativ tətbiqi sənət abidələridir. Sirli-soraqı Əskipara qalası, od, yel, su dəyirmanları, qədim qoç fiqurları, məbədlər, türbələr, ehramlar, gümbəzlər, Göyəzən dağı, Koroğlu qalası, qədim Avey məbədi, poliolit daş dövrünün ilk insanlarının məskunlaşdığı Damcılı mağarası və digər abidələr milli tarixi sərvətimizdir. "Avey" dövlət qoruğunun ərazisindəki abidələri qorumaq, hər cür yanğından mühafizə etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Qoruğun əyani vasitələrlə təchiz olunması məqsədilə fotostendlər yaradılmış, fotoalbomlar tərtib edilmişdir. "Avey və Göyəzən dağının möcüzələri" kitabı hazırlanmış, "Bələdçi-sorğu" kitabı tərtib olunmuşdur. Qoruğun fəaliyyəti və tarixi abidələrimizin təbliği üçün xüsusi mühazirə mətnləri hazırlanmışdır.

http://fed.home.pl/azer/index.php/az/qazax/turistik-goermli-yerlr

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=30673

http://www.supremecourt.gov.az/_Districts/XaritaInfo.jsp?id=5900

Son xəbərlər