Facebook Pixel Code
GoMap XƏRITƏ
"Şahdağ" Turizm Mərkəzi
Baxış sayı:
  • Ünvan:
    Laza kənd yolu, 29 km, Qusar, AZ3827
  • Telefon:
    (+994 12) 310-11-10, 1110 (с мобильного)
Avtobus
Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürmüşdür.Qusar şəhərinin 25 kilometrliyində yerləşir.Qonaqlar, kompleksin ərazisində müxtəlif  sayda dəbdəbəli otellər, fərdi kənd evləri və yay mövsümündə koteclər arasında seçim edə bilərlər.Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac verilir. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazası, qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif edir.Ən son  texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri, il boyu mükəmməl qar şəraitini təmin edir.Digər qış idman oyunlarına aeroxizəkdə sürüşmə, at sürmə, qarda sürüşmə, tübinq  və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında Dağda velosiped, Tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərda gəzinti, peyntbol, Bob Kart və s. iləməşğul olmaq olar. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur.Layihənin gedişatında, istirahət zonasına həmçinin, Qolf meydançası, Tennis meydançası, Futbol və Basketbol meydançaları, eləcə də Akvapark, üzmə hovuzları, Spa və əyləncə məkanları da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas Ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş avtodayanacaq var.
Son xəbərlər