Facebook Pixel Code
GoMap XƏRITƏ
Üzən ada
Baxış sayı:
  • Ünvan:
    Biçənək, Şahbuz, AZ7112
Avtobus

Şahbuz şəhərinin Batabat yaylağı ərazisində təbiət abidəsidir. Suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisidir. Üzən ada Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüklərindən formalaşıb. Torf qatı geniş sahəni əhatə etməklə, qalınlığı 2 metrə çatır. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir, bu da adama xüsusi zövq verir. Göldə qiymətli qızıl və gümüşü ilişkən balıq növü yaşayır. Ada göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir. Ərazi dərman bitkiləri ilə zəngindir.

http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_may2009/79001.htm

http://www.elibrary.az/docs/azereco/az/eco_m1_4_2.pdf

Son xəbərlər