Facebook Pixel Code
GoMap XƏRITƏ
Hökumət Evi
Baxış sayı:
  • Ünvan:
    Üzeyir Hacıbəyli, 40, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 493-36-31
Avtobus
Hökumət eviPaytaxtımızın memarlıq nümunələrindən biri olan “Hökumət evi”-nin inşasına 1936-cü ildə başlanılmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur.Bu tarixi memarlıq abidəsi 10 mərtəbədən ibarətdir.Binanın 3 mərtəbəsində qövsvari tağlar vardır.Bina qotik memarlıq üslubunda inşa edilmişdir.Binanın layihəsində fasadın müxtəlif heykəllərlə bəzədilməsi nəzərdə tutulsa da, inşa dövrünün İkinci Dünya Müharibəsi dövrünə təsadüf etməsi fasadın daha sadələşdirilməsi, heykəllərin və bahalı daş işləmə nümunələrinin təxirə salınması ilə nəticələnmişdir. Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülmüşdür. Təbii ki, burda oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Belə ki, tağların ölçüləri fərqlidir. Şirvanşahılar sarayında tağlar sivri, Hökümət evində isə qövsvaridir. Fərqli və oxşar cəhətləri olmasına baxmayaraq, hər iki tikili Bakı memarlığına xasdır.
Son xəbərlər