Facebook Pixel Code
GoMap XƏRITƏ
Veteranlar xiyabanı
Baxış sayı:
Veteranlar xiyabanıSuraxanı Rayon İcra Hakimiyyəti və Qaraçuxur bələdiyyəsi tərəfindən salınmış Veteranlar xiyabanının açılışı 7 may 2007-ci ildə olmuşdur. Parkın uzunluğu 2 kilometrdən artıqdır. Xiyaban öz memarlığı ilə diqqəti cəlb edir. 2014-cü ildə xiyabanda əsaslı təmir və bərpa işləri aparılmışdır. Buradakı piyada səkilərinin bütün daşları dəyişdirilərək aqlay üzlüklər vurulmuş , xiyabanın daxili yollarına tamet daşlar döşənilmiş , küçə işıqları quraşdırılmışdır. Oturacaqlar yenisi ilə əvəzlənmiş və bütün oturacaqlar rənglənmişdir. Xiyabana gələn mərkəzi yol da asfaltlanmışdır. Burada həmçinin Avropa standartlarına uyğun “söhbətgah” lar quraşdırılmış , su xətləri çəkilmişdir. Həmçinin çoxlu sayda ağac, kol və güllər əkilmişdir.
  • Ünvan:
    Cəlal Qurbanov, Bakı, Suraxanı, AZ1047
Avtobus
Son xəbərlər