Facebook Pixel Code
GoMap XƏRITƏ
Amaras monastırı
Baxış sayı:
  • Ünvan:
    Xocavənd, AZ2800
Avtobus

İnkişaf etmiş orta əsrlər dövrünə aid xristian məbədləri başqa abidələrdə də, o cümlədən Qarabağ bölgəsində yerləşən Amaras - Ağoğlan şəhər yerində tədqiq olunmuşdur. Antik dövrdən yaşayış məskəni kimi mövcud olan Amarasda IV əsrdə məbəd tikilmiş və bura Qafqaz Albaniyasının dini mərkəzlərindən birinə çevrilmişdir. Sos kəndində tikilmiş Amaras monastırı Xocavənd ərazisindəki ən maraqlı tikililərdən biridir. Həmin monastır əsrlər boyu Qafqaz Albaniyasının kafedral kilsəsi olmuşdur. V əsrdə monastırda məktəb açılmışdır. Amaras kilsəsi IX əsrdə Xaçın knyazları tərəfindən əsaslı bərpa edilmiş, XIII əsrdə isə yenidən qurulmuş, monastır kompleksinə çevrilmişdir. Arxeoloji qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, X əsrdə məbəddə yenidənqurma işləri aparılmış, onun sahəsi əvvəlkinə nisbətən xeyli geniş götürülmüş və qərbə doğru uzadılmışdır. Məbədin X əsrdə yenidən qurulmasına başlıca səbəb ilk ərəb işğalı zamanı Amaras ərazisinin qanlı döyüş meydanına çevrilməsi və döyüş zamanı ilk məbədin qismən dağıdılması olmuşdur. Məbədin sahəsi dəyişilsə də, o öz əsas formasını saxlamışdır. Düzbucaqlı plan quruluşu olan bu kilsə yaxşı yonulmuş ağ daşlardan səliqə ilə hörülmüşdür. İkimaili daş dam örtüyünün üstündə altı sütunlu ratonda yüksəlir. Monastrın düzbucaqlı həyətini əhatə edən və dörd dairəvi bürcü olan qala divarları kobud yonulmuş daşlardan hörülmüşdür. Həyətdə qala divarlarına bitişik yaşayış və təsərrüfat otaqları inşa edilmişdir. Kilsənin fasad hissəsində giriş qapısının üstündə ensiz pəncərə qoyulmuş, onun üstündə isə iri barelyef xaç düzəldilmişdir. Məbədin üstü tağ formasında örtülmüşdür. Qazıntılardan məlum olmuşdur ki, məbəd uzunsov bazilik formasında olmaqla, daxilində uzunluğu 15,9 m, eni isə 11 m-dir. Hər iki tərəfdən iki olmaq şərtilə dörd sütunla üç hissəyə ayrılmışdır. Məbədin döşəməsi daşdandır. Onun şərq tərəfində döşəməsi 1,2 m yüksəklikdə mehrab yerləşir. Mehrab adi qaydada oval formalıdır. Mehrabın eni 1,2 m, hündürlüyü isə 2 m olan pəncərəsi vardır. Mehrabın cənub və şimal tərəfində cübbəxanalar yerləşir. Cübbəxanaların yanında, yəni hər iki tərəfdən mehraba qalxmaq üçün xüsusi pilləkənlər düzəldilmişdi. Müəyyən edilmişdir ki, X-XIV əsrlər arasında məbədin daxili quruluşu dəyişməmişdir. Lakin məbədin divarlarında X əsrdə yenidənqurma zamanı ilk məbədin naxışlı daşlarından istifadə olunmuşdur. Amarasda yalnız dini abidələrdə təsadüf olunan memarlıq bəzəyi kimi işlənmiş bir qrup naxış diqqəti cəlb edir. Amaras məbədinin qapısı üzərində isə ağac təsviri verilmişdir. Məlum olduğu kimi, ağac təsviri xristianlığın hələ ilk dövrlərindən bir növ dəbdə olmuşdur.

http://www.agdaban.org/abideler.php

http://karabakhblog.com/item.php?c=225&i=261

Son xəbərlər