Facebook Pixel Code
GoMap XƏRITƏ
Gəncəsər monastırı
Baxış sayı:
  • Ünvan:
    Vəngli kənd yolu, Kəlbəcər, AZ3200
Avtobus

Dağlıq Qarabağın Xankəndi şəhərindən şimal-qərbdə hündür sıldırımlı yaylada, sıx meşəli yaşıl dağların qoynunda gözəl məbəd ucalır. Bu qədim Albaniyanın tikinti məharətini əks edən orta əsr memarlığınm yadigarı olan məşhur Qanzasar məbədidir. Məbədin tikintisi Aşağı Xaçın hakimlərindən, nəsli Mehranilərdən olan knyaz Həsən Cəlalın əmrilə 1216-cı ildə başlanmış, 1238-ci ildə başa çatdırılmışdır. 1240-cı ildə müqəddəsləşərək istifadəyə qəbul edilmişdir. Bura, həmçinin alban katolikoslarının, hakimlərinin nəsil türbəsi və Həsən Cəlalın əcdadlarının türbəsi olmuşdur. Daha doğrusu, bura monastırdır, sonralar Qanzasar alban mədəniyyətinin əsas mərkəzi olmuşdur. Monastırda alban kilsəsinin katolikoslarının iqamətgahı, məktəb və s. maarif ocaqları olmuşdur. Məbəddə, 1261-ci ildə monqollar tərəfındən öldürülmüş Həsən Cəlalın özü, həmçinin onun nəslindən olanlar dəfn olunmuşdur. Həsən Cəlalın qəbir daşının üzərində bu sözlər yazılmışdır: «Özünün valideyninin vəsiyyətini yerinə yetirərək böyük knyaz Cəlal 1216-cı ildə bu gözəi daş kilsəsini tikdirmişdir və onu müxtəlif bəzəklərlə (rəsmlərlə) əhatə edərək, özünün, Cəlal Dövlənin və arvadı Mamkanın iradəsinə müvafıq olaraq 1238-ci ildə tamamlanmışdır».

Monastırda olan qəbir daşlarmm üzərində olan yazılardan göründüyü kimi, XVIII yüzilliyin əvvəllərində də monastır fəaliyyət göstərmiş və yerli əhali Qanzasarı alban məbədi adlandırırdı, Məbədin binası hündür, beşpilləli kürsünün üstündə qurulmuşdu. Piramida üslubunda tikilmiş çadır yüksəlir. Məbədin yüksələn əsas dairəvi hissəsində olan pillələrin arası bir-birinə müəyyən məna daşıyan heykəllərlə bəzədilmişdir. Burada Adəmin, Həvvanın, İsanın heykəlləri, əllərini bir-birinə birləşdirən diziüstə oturmuş insan fıqurları, müxtəlif quş və s. təsvirlər ustalıqla həkk olunmuşdur. Məbədin qərb tərəfındə divarın üstündə uzunsov ensiz pəncərənin üstündə enli xaç vardır. Xaçın aşağı hissəsində çarmıxa çəkilmiş İsanın fıquru həkk olunmuşdur.

Məbədin çadırı daxildən də dairəvidir və həmçinin tikililərlə bölünmüşdür. Salonu geniş və işıqlıdır. Monastır kompleksinə, həmçinin müxtəlif sahəli yardımçı binalar da daxil edilmişdir.

Məbədin tədqiqatçıları belə hesab edirlər ki, monastır kompleksini müəyyən səbəblər üzündən dağılmış köhnə büdpərəst alban məbədinin qalıqları üzərində ucaltmaqla köhnə binaların bir qismi bərpa edilmişdir.

Son xəbərlər