Facebook Pixel Code
GoMap XƏRITƏ
Tofiq Bəhramovun heykəli
Baxış sayı:
  • Ünvan:
    Fətəlixan Xoyski, Bakı, Nərimanov, AZ1110
Avtobus
Tofiq Bəhramov2004-ci il mayında respublika stadionunun direktoru Akif İsmayılov Tofiq Bəhramovun abidəsinin yaradılması üçün layihə yarışması keçirib. Yarışda Məmməd Nicat Salahovun işi seçilib. Tofiq Bəhramovun heykəlinin açlılışı 2004-cü ilin oktyabrın 13-də Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan-İngiltərə matçından öncə olub. Azərbaycanın məşhur hakimi Tofiq Bəhramovun heykəli dünya futbolunun ən qəribə abidələri siyahısına daxil edilib. ABŞ-ın nüfuzlu “Bleacher Report” nəşri Bəhramovun adını daşıyan stadionun qarşısındakı abidəyə belə reaksiya verib.Nəşr 1966-cı il dünya çempionatının finalında əlində bayraq tutaraq, meydanın kənarı boyunca özünəməxsus tərzdə yuxarı-aşağı qaçmasını xüsusi qeyd edib və abidənin orjinallığına diqqət yetirib. Müəllif Emma Bus yazır: “Bəhramov İngiltərə futbolundakı xidmətləri qarşılığında kraliça tərəfindən “Cəngavəri ordeni” ilə təltif olunsaydı, təəccüblənməzdim”.
Son xəbərlər