Facebook Pixel Code
GoMap XƏRITƏ
Xurşidbanu Natəvanın heykəli
Baxış sayı:
  • Ünvan:
    Məmməd Əmin Rəsulzadə, Bakı, Səbail, AZ1005
Avtobus
1960-cı ildə, “Azərbaycan” kinoteatrının qarşısında qoyulmuşdur. Heykəltəraş Ö.Eldarov, arxitektorlar A.İsmayılov, Leontyeva. Xurşidbanu Natəvan (1832- 2.10.1897) – məşhur Azərbaycan şairəsi, Qarabağın son hökmdarı – İbrahim xan Cavanşirin oğlu Mehdiqulu xanın qızı. Şuşada anadan olmuş və yaşamışdır. Həmçinin, “Xan qızı” adı ilə də məşhurdur, Natəvan xalq arasında hörmət edilən və sayılan olmuşdur. Onun zamanında Şuşada saray, məscid, ticarət evləri, teatr, yay və qış klublarının, realnı məktəbin binaları və bir çox digər binalar tikilmişdir. 1873-cü ildə onun tərəfindən çəkilmiş su kəməri indiyə qədər də “Xan qızı” bulağı kimi məşhurdur. Natəvan yaxşı təhsil almışdı, şərq dillərini bilirdi, Firdovsinin, Nizaminin, Sədinin, Hafizin, Füzulinin və digər Şərq şairlərinin yaradıcılığı ilə tanış idi, akvarellə yaxşı rəsmlər çəkirdi, tikmə işini bilirdi. 1858 –ci ildə şairə Bakıda, Zaqafqaziyaya səyahət edən fransız yazıçısı Aleksandr Düma ilə tanış olmuş, ona öz əl işlərini hədiyyə etmişdi. Əvəzində, Düma ona fil sümüyündən hazırlanmış zərif şahmat komplekti hədiyyə etmişdir, hansı ki, indi Nizami adına ədəbiyyat Muzeyində saxlanılır. Düma, Natəvan və onun əri Xasay-xan Usmiyevlə görüşü öz xatirələrində müfəssəl təsvir etmişdir. müfəssəl təsvir etmişdir. Natəvan 1872 –ci ildə Şuşada “Məclisi-üns” ədəbi cəmiyyətini təşkil etmiş, orada digər şairlərlə birlikdə öz şerlərini oxumaqla çıxış etmişdir. Onun məhəbbət, təbiət haqqında lirik qəzəlləri ətraf aləmə ustalıqla gözəllik verirdi. 1885 –ci ildə şairəyə böyük bədbəxtlik üz verdi – onun oğlu 17 yaşında tuberkulyozdan öldü. Natəvan dərin kədərə qərq oldu, bu da onun yaradıcılığını ümidsizlik və təsəllisiz dərdlə boyadı. Natəvan 1897-ci ildə vəfat etdi və Ağdamda “İmarət” qəbiristanlığında dəfn olundu.
Son xəbərlər