Facebook Pixel Code
GoMap XƏRITƏ
Mikayıl Müşfiqin heykəli
Baxış sayı:
  • Ünvan:
    Nəriman Nərimanov, Bakı, Yasamal, AZ1065
Avtobus

1968-ci ildə, İnşaatçılar prospektindəki bağda qoyulmuşdur.Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovadır.

Müşfiq – Mikayıl Mirzə İsmayılzadənin ədəbi təxəllüsüdür (5.6.1908 - 12.3.1938). Azərbaycan şairi, Azərbaycan sovet romantik poeziyasının əsasını qoyanlardan biridir. Müşfiq, Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1931-ci ildə pedaqoji institutu bitirdikdən sonra, o 7 il ərzində Bakı məktəblərindən birində ədəbiyyat müəllimi işləmişdir.

Özünün ilk şerini 18 yaşında qəzetdə çap etdirməklə, o tezliklə oxucular arasında nüfuz qazandı və müxtəlif qəzet və jurnallarda nəşr olunmağa başladı. Müşfiqin lirikası həmişə xüsusi emosionallıq və romantizmlə fərqlənmişdir. 10 il ərzində o, 10 məcmuə buraxmışdır. 1937-ci ildə, pantürkizm və millətçilik ittihamı ilə həbs olunmazdan əvvəl, o özünün 11-ci kitabını çapa hazırlamışdı, hansı ki, ona görmək qismət olmadı. Müşfiq “xalq düşməni” elan olunmuş və 12 mart 1938-ci ildə 29 yaşında güllələnmişdir.

 

Son xəbərlər