Facebook Pixel Code
GoMap XƏRITƏ
Sevil Qazıyevanın heykəli
Baxış sayı:
  • Ünvan:
    Abbasqulu ağa Bakıxanov, Bakı, Nəsimi, AZ1022
Avtobus
1970-ci illərin əvvəllərində, Rusiya səfirliyinin binasının yanındakı bağda qoyulmuşdur. Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovdur. 2002-ci ilin yayında, bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur. Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır. Sevil Qazıyeva (1.6.1940-23.9.1963) – Azərbaycan SSR-də ilk qadın mexanizatordur. Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə, 600-dən çox qız mexanizator peşəsini seçmişdir. AzSSR Ali Sovetinin deputatı olmuşdur. Sevil Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. Onun işlədiyi traktor yanmış və o öz həyatı bahasına sahəni yanğından xilas etmişdir. O, ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Son xəbərlər