Dağüstü parkda – Şəhidlər Xiyabanında 1999-cu ilin iyununda qoyulmuşdur.28 may 1918 –ci ildə Azərbaycan Demokratik Respublikası (ADR) elan olunmuşdur. Respublika Hökuməti Tiflisdə yerləşirdi, sonra Gəncəyə köçürüldü. Bu zaman Bakı, daşnakların və bolşeviklərin əlində idi. Gənc Azərbaycan Respublikasına köməyə, başda Nuru paşa olmaqla, türk İslam Qafqaz ordusu gəldi. Bu 15 minlik ordunun tərkibində türklərlə bir sırada, general Şıxlinskinin komandanlığı altında yeni formalaşdırılmış azərbaycanlı hissələri də vuruşurdu. 15 sentyabr 1918 –ci ildə İslam Qafqaz ordusu, bütün Azərbaycanı döyüşlərlə keçərək, ona qarşı duran 50 minlik ordunun müqavimətini qırdı və Bakıya daxil oldu. Döyüşlərdə həlak olmuş türk və azərbaycanlı döyüşçülər Dağüstü parkda dəfn olundular. Bakı azad olunduqdan sonra, ADR hökuməti bura köçdü, hansı ki, bundan sonra 15 sentyabrı qeyri-iş günü saymaq və onu təntənəli hərbi paradla qeyd etməyi qərara aldı. Şəhərin azad olunması şərəfinə ilk hərbi parad və təntənəli mitinq, 1919-cu ildə oldu. Azərbaycan torpaqlarında həlak olmuş türk döyüşçülərinin xatirəsini əbədiləşdirmək qərara alındı. Şəhərin baş arxitektoru Zivərbəy Əhmədbəyov tərəfindən memorialın layihəsi hazırlandı. Lakin, bolşevik çevrilişi ilə əlaqədar olaraq, memorial tikilmədi, bayramı isə unutqanlığa təslim etdilər.Azərbaycanın müstəqillik qazanması ilə, demək olar ki, 80 ildən sonra, həlak olmuş türk əsgərlərinin xatirəsini əbədiləşdirmək mümkün oldu. Türk hökuməti tərəfindən Dağüstü parkda monument qoyulmuşdur, onun ətrafında qızıl suyuna çəkilmiş lövhəciklərdə Azərbaycanın azadlığı uğrunda canlarını vermiş bütün 1130 türk döyüşçüsünün adları oyma ilə həkk olunmuşdur.