Taras ŞevçenkoUkrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, Taras Şevçenko 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdu. Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. Bakıda adına küçə və məktəb vardır. Taras Şevçenko heykəlinin təntənəli açılışı 30 iyun 2008-ci ildə olmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yuşşenko iştirak etmişlər. Abidə 3,5 metr hündürlüyündədir və tuncdan hazırlanıb. Abidənin müəllifi Ukraynanın tanınmış heykəltaraşı İqor Qreçanikdir.