Facebook Pixel Code
A.S.Puşkinin heykəli
Baxış sayı:
  • Ünvan:
    Puşkin, Bakı, Səbail, AZ1010
Avtobus
A.S.Puşkinin heykəliRus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır. Azərbaycanda Puşkini XIX əsrin 20-30-cu illərindən tanıyırlar. Puşkinlə bu və ya digər dərəcədə bağlı olan heç bir hadisə diqqətdən kənarda qalmayıb. Şairin ölümünə dərhal münasibət bildirənlərdən biri Mirzə Fətəli Axundzadə olub. Onun “Şairin ölümü” şeirini rus dilinə Bestujev-Marlinski tərcümə edib. Bakıda 2001-ci il oktyabrın 21-də şairin tunc heykəli ucaldılıb. Abidənin müəllifi məşhur rus heykəltaraşı, akademik Yuriy Qriqoryeviç Orexovdur. Heykəlin qoyulması Rusiya və Azərbaycanın birgə layihəsi idi və şairin 200 illiyinə həsr edilmişdi. Abidənin açılış mərasimində Azərbaycan prezidenti Heydər Əliyev, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak ediblər.
INSTAGRAM
posts
followers
Follow