Facebook Pixel Code
GoMap XƏRITƏ
Üzeyir Hacıbəyovun heykəli
Baxış sayı:
  • Ünvan:
    Şəmsi Bədəlbəyli, Bakı, Nəsimi, AZ1014
Avtobus

1960-cı ildə, Konservatoriyanın binası qarşısında qoyulmuşdur.Heykəltəraş T. Məmmədov, arxitektor Q. Muxtarovdur.2,9 m hündürlükdə olan monument tuncdan tökülmüşdür və 3,1 m hündürlükdə olan qranit pyedestalda qoyulmuşdur.

Üzeyir Hacıbəyov (1885-1948) – görkəmli Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadimdir. Müasir Azərbaycan musiqi incəsənətinin və milli operanın banisidir. SSRİ xalq artisti (1938), AzSSP Elmlər Akademiyasının akademiki (1945), Dövlət mükafatı laureatı (1941-46), Bəstəkarlar İttifaqının sədri (1938-48), konservatoriyanın yaradıcısı və direktoru (1928-29, 1938-48).

12 yanvar (yeni stil üzrə 25 yanvar) 1908 –ci ildə onun “Leyli və Məcnun” operası yarandı. Bu, bütün müsəlman Şərqində birinci opera idi. Sonralar, "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operaları yaradıldı. Hacıbəyov Azərbaycan musiqili komediya janrının banisidir. Onun tərəfindən "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) komediyaları yaradılmışdır. O, 1921 –ci ildə ilk musiqi məktəbini açmışdır, 1931-ci ildə birinci xalq alətlərinin notlu ansamblını, 1936 –cı ildə Dövlət xoru yaratmışdır, 1945 –ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan incəsənəti elmi-tədqiqat institutuna rəhbərlik etmişdir.

Hacıbəyov ilk azərbaycan kütləvi mahnılarını, kamera alətləri əsərləri, xalq alətləri orkestri üçün 2 fantaziya, kantatalar yaratmışdır. Onun yaradıcılığının zirvəsi «Koroğlu» (1937; SSRİ Dövlət mükafatı, 1941) operası adlanmışdır. Bəstəkar, 1941—45 –ci illər Böyük Vətən müharibəsi illərində vətənpərvərlik əsərləri yaratmışdır: mahnılar, «Vətən və cəbhə» kantatası, həmçinin, Nizaminin şerlərinə «Sənsiz» və «Sevgili canan» romansları, çoxillik işini xalq ahəngləri haqqında nəzəri tədqiqatla başa çatdırmışdır. O, həmçinin çoxlu ədəbi əsərlərin müəllifidir.

Hacıbəyov Azərbaycan SSR sovet himninin (1945) və hələ 1918-1920 Azərbaycan Demokratik Respublikası illərində yazılmış Azərbaycanın indiki himninin musiqisinin müəllifidir.

Son xəbərlər