Facebook Pixel Code
"Bəhram-Gur" kompozisiyası
Baxış sayı:
  • Ünvan:
    Şövkət Ələkbərova, Bakı, Səbail, AZ1000
Avtobus

1958-ci ildə Heftçilər prospektində, Bakı funikulyorunun stansiyasında qoyulmuşdur.Heykəltəraşlar: Q.Sücəddinov, A.Mustafayev, D.Rüstəmov, arxitektor V.Şulıgin.

"Bəhramgur" kompozisiyası Nizaminin “Yeddi gözəl” poemasından süjeti əks etdirir. Əjdaha ilə mübarizə aparan nağıl qəhrəmanının heykəltəraşlıq əsəri, fontanın mərkəzində qoyulmuşdur. Abidə, xeyirin şər üzərindəki qələbəsinin simvoludur, belə ki, əjdaha şərq mifologiyasında şər simvolu kimi xarakterizə olunur. Sovet vaxtında, hər yerdə dünya proletariatının rəhbərlərinə və trafaret üzrə gipsdən qızlar, fəhlələr və kolxozçuların heykəltəraşlıq əsərləri qoyulduğu zaman, belə bir alleqorik kompozisiyanın meydana çıxması böyük çətinliklərlə bağlı idi. Ancaq ovaxtkı mer Əliş Ləmbəranskinin sayəsində “Bəhramgur” şəhərin gözəlliyində öz layiqli yerini tutdu. Üç tələbə-heykəltəraş – Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov Bakının tərtibatının yaxşılaşdırılması müsabiqəsində iştirak etmək qərarına gələrkən, onlar müvəffəqiyyət haqqında heç fikirləşməyə də cürət etmirdilər. Gözlənilmədən, onların layihəsi bəyənildi. Dostlar, vaxt azlığından nağıl qəhrəmanının surətini Albertdən köçürdülər. 4.6 metr hündürlükdə olan bu heykəl, kompozisiya dinamikalı digər heykəllərdən fərqlənir, o Bakıda tuncdan tökülmüş ilk heykəllərdən biridir.

Bəhramgur tarixi şəxsiyyət adlanır və Sasani dinastiyasının 14-cü şahı olmuşdur. O, öz cəsurluğu və ədalətliliyi ilə fərqlənmişdir. 439 –cu ildə öz saray adamları tərəfindən çevriliş nəticəsində öldürülmüşdür. Onun adı uzun müddət əfsanələrlə bürünmüşdür. Bir neçə əsr sonra, XII əsrdə, böyük Azərbaycan şairi Nizami Bəhramguru öz “Yeddi gözəl”, həmçinin “Bəhramnamə” kimi də məşhur olan poemasının baş qəhrəmanı etmişdir.

INSTAGRAM
posts
followers
Follow