Fəhlə heykəli Bakıda Sovet İttifaqının simvolu olan “Bakı Fəhləsi” heykəli ötən əsrin 50-ci illərində keçmiş Fəhlə, indiki Nobel prospektində qoyulmuşdur. Heykəl paytaxtın tez - tez ziyarət olunan , qarşısında mərasimlər keçirilən abidəsi olmuşdur. 2013-cü ilin mayın 14-də “ Bakı Fəhləsi ” heykəli Nobel prospektindən götürülmüş və elə həmin ildə də Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov küçələrinin kəsişməsində, Dövlət Neft Şirkətinə məxsus “Azərneftyağ ” İstehsalat Birliyinin yaxınlığında yenidən qoyulmuşdur.