Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Veteran, Xaçmaz, AZ2722
Avtobus

Ləcət kənd məscidi - Məscid Xaçmaz rayonunun Ləcət kəndində, hicri-qəməri təqvimi ilə 1355-ci ildə (XX əsrin əvvəli) inşa edilib. Zahiri görünüşü səkkizguşəli olan bu məscidin divarlarının aşağı hissəsi çaylaq daşı, yuxarı hissəsi isə çiy kərpiclə tikilib. Divarları, fasadı samanlı palçıqla suvanıb. Tavan və döşəməsi taxtadandır. Damı şiferlə, günbəzin üstü isə dəmir təbəqə ilə örtülüb. Məscidin bir qapısı və beş pəncərəsi var. Qapı və pəncərələr düzbucaqlı formadadır. Döşəmədən tavana qədər hündürlüyü 5 metrdir. Tavan dörd taxta sütun üzərində dayanıb. Mehrab divarın içində olub, üzərində müxtəlif nəbati ornamentlər vardır.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər