Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Molla Pənah Vaqif, Ucar, AZ6100
Avtobus

Ucar rayon cümə məscidi - Məscid Ucar şəhərinin mərkəzində yerləşib. İlkin tarixi XX əsrin əvvəllərinə aiddir. Həmin məscid 1953-cü ildə dağıdılmışdır. Bundan sonra Ucar şəhər camaatının vəsaiti ilə yeni məscidin inşasına başlanılıb. Bu məscid 1977-ci ilə qədər fəaliyyət göstərmiş və bundan sonra bağlanaraq anbar kimi istifadə olunmuşdur. 1989-cu ildən etibarən Rəhim Mütəllimovun başçılığı ilə yeni məscidin tikintisinə başlanılıb. 1990-cı ildən hazırkı məscid fəaliyyət göstərməkdədir. Məscidin layihəsinin müəllifi şəkili Durğunovdur. İç sahəsi 15x26 metrdir. Düzbucaqlı formada olan Ucar rayon Cümə məscidinin divarları başdan-başa bişmiş kərpiclə işlənib. Məscidin minarəsi yoxdur, günbəzi fasad tərəfdən dəmir təbəqə ilə işlənib. Diametri isə 7 metrdir. Günbəz həmçinin dörd tağla əlaqələnib. Döşəməsi mərmər, tavanı isə taxtadandır. Döşəmədən tavanadək hündürlüyü 8,5 metrdir. Mehrab (hündürlüyü 5 metr) divarın içində yerləşib və tağvari formaya malikdir. Səkkiz pilləli minbər taxtadan düzəldilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər