Facebook Pixel Code
GoMap XƏRITƏ
Narajan kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Kamil Mürsəliyev, Xaçmaz, AZ2725
Avtobus

Məscid Xaçmaz rayonunun Nərəcan kəndində yerləşir. Hicri-qəməri təqviminə əsasən 1333-də (XX əsrin əvvəllərində) bərpa olunub. İlkin tarixi haqqında dəqiq məlumat yoxdur. Həyətyanı sahəsi 500 m2, iç sahəsi 10x12 metrdir. Nərəcan kənd məscidi forma etibarilə düzbucaqlıdır. Divarları çiy kərpiclə tikilib. Damı dəmir təbəqə ilə örtülüb. Məscidin döşəməsi torpaq, tavanı isə taxtadandır. Döşəmədən tavanadək hündürlüyü 4 metr, döşəmədən günbəzədək isə 4 metrdir. Mehrabı sadə olub hündürlüyü 2 metrdir. Nərəcan kənd məscidi əsrin əvvəllərində ermənilər tərəfindən yandırılıb. Sonralar camaatın vəsaiti hesabına burada təmir-bərpa işləri aparılmışdır.
Bu məscidin yanında 1995-cı ildə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin Azərbaycan filialı tərəfindən başqa bir məscid də tikilib. Odur ki, köhnə məscid mədrəsə qismində istifadə olunur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər