Məscid Xaçmaz rayonunun Qalağan kəndində yerləşir. İnşa tarixi dəqiq məlum deyil. Başdan-başa çiy kərpiclə inşa edilib. Fasad tərəfdən divarları samanlı palçıqla suvanıb. Damın örtüyü şiferdəndir. Günbəzi dördguşəlidir və hündürlüyü 1 metrdir. Məscidin iki giriş qapısı və beş pəncərəsi vardır. Qapı və pəncərələr taxtadan olub, düzbucaqlı formadadır. Döşəməsi və tavanı da taxtadandır. Mehrabı çox sadə şəkildə işlənilib. Bu məsciddən 1937-ci ildən 1993-cü ilə qədər ərzaq məhsulları anbarı kimi istifadə olunub. 1994-cü ildə yenidən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası