Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacılar kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2712
Avtobus

Hacılar kənd məscidi - Məscid Xaçmaz rayonunun Hacılar kəndində inşa edilib. Tarixi XVII əsrə aid olunur. Həyətyanı sahəsi 600 kv.metr, ibadət zalının sahəsi 6x10 metrdir. Formaca düzbucaqlı olan bu məscidin damı dəmir təbəqə ilə örtülüb. Günbəzin hündürlüyü 4 metrdir və ağ dəmir təbəqə ilə işlənib. Günbəzin yuxarı hissəsi səkkizguşəlidir və üstündə dəmirdən aypara qoyulub. Məscidin döşəməsi və tavanı taxtadandır. Tavan bir taxta sütun üzərində dayanıb. Döşəmədən tavanadək hündürlüyü 3 metrdir. Məscidin fasad divarları suvanaraq əhənglə ağardılıb. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Qapı və pəncərələr taxtadan düzəldilib, düzbucaqlı formadadır. Hacılar kənd məscidi həmişə fəaliyyət göstərmiş və heç bir vaxt bağlanmamış və ya başqa məqsədlə istifadə olunmamışdır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər