Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Sayad kənd yolu, Xaçmaz, AZ2712
Avtobus

Səyyad kənd məscidi - Məscid Xaçmaz rayonunun Səyyad kəndində 1993-1995-ci illərdə inşa edilib. Həyətyanı sahəsi 600 kv.metrdir. Səyyad kənd məscidi səkkizguşəli formadadır və mişar daşı ilə inşa olunub. Döşəməsi və tavanı taxta təbəqə ilə örtülüb. Məscidin iç divarları qum-sement məhlulu ilə suvanıb. Məscidin ibadət zalında beş tağvari formalı pəncərə qoyulub. İbadət zalında dəmirdən minarə vardır. Bu minarə məscidin günbəzindən ucalıb. Günbəz içəri tərəfdən ağ rənglə, fasad tərəfdən isə dəmir təbəqə ilə işlənib. Həyətyanı sahəsi hasara alınıb. Məscid kənd sakini intiqam Tayfur oğlu Zərbəliyev tərəfindən tikilib.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər