Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Alıcqışlaq kənd yolu, Xaçmaz, AZ2719
Avtobus

Alıc kənd məscidi - Məscid Xaçmaz rayonunun Alıc kəndində yerləşir. İnşa tarixi XIX əsrin axırlarına aid edilir. Həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 64 kv.metrdir. Düzbucaqlı formaya malik olan bu məscid çiy kərpiclə inşa olunub. Damı və günbəzinin üstü dəmir təbəqə ilə işlənib. Günbəz güldəstə formasındadır və dördguşəlidir. Döşəmədən günbəzədək hündürlüyü 12 metrdir. Döşəmə və tavan taxtadandır. Tavan dörd taxta sütun üzərində dayanıb. Alıc kənd məscidinin bir giriş qapısı və dörd pəncərəsi var. Divalarının qalınlığı 0,60 metrdir. Giriş qapısının önündə eyvan yerləşib. Eyvanın döşəməsi torpaq, tavan hissəsi isə dəmirdəndir.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər