Əmbizlər kənd məscidi - Məscid Xızı rayonunun Əmbizlər kəndində yerləşib. Həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 7,5x22 metrdir. Əmbizlər kənd mescidi xüsusi sal daşlardan hörülüb. Damı dəmir təbəqə ilə örtülüb. Döşəmə gil-torpaq, tavan isə taxtadandır. Tavan 10 taxta sütun üzərində dayanıb. Divarlar qum-sement məhlulu ilə suvanıb. Məscidin interyeri sadədir. Məscid iki hissəyə-qadınlar və kişilər şöbəsinə bölünüb. Hər şöbənin öz ayrıca giriş qapısı var. Məscidin ön tərəfində açıq eyvan yerləşib. Minarəsinin hündürlüyü 10 metrdir. Minbəri taxtadan düzəldilib və dördpilləlidir. Məscid düzbucaqlı formadadır.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası