Facebook Pixel Code
GoMap XƏRITƏ
Həsənqala kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2715
  • Telefon:
    (+994 51) 860-77-99 (Qurbanov Fərhad Əhəd)
Avtobus

Həsənqala kənd məscidi - Məscid Xaçmaz rayonunun Həsənqala kəndindədir. 1991-1994-cü illərdə inşa edilib. Həyətyanı sahəsi 1600 kv.metr, iç sahəsi 6x14 metrdir. Həsənqala kənd məscidi ağ kərpic və qismən çay daşları ilə tikilib. Həyətyanı sahəsi hasara alınıb. Giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sahəsi 3x14 metrdir. Əsas ibadət zalında iki qapı və altı pəncərə qoyulub. İbadət zalının iki hissəsi qadınlar üçün ayrılıb. Məscidin döşəməsi taxta, tavanı betondur. Döşəmədən tavana qədər 4 metrdir. Minbər beşpilləlidir və taxtadan düzəldilib. Mehrab formaca sadədir, hündürlüyü 3 metrdir. Günbəz damın üstündə yerləşib və hündürlüyü 7 metrdir. Damının üstündə hər küncdə bir kiçik günbəz qoyulub. Məscidin minarəsi (hündürlüyü 16 metr) də var. Minarənin üstündə dəmir təbəqədən aypara qoyulub. Bu məscid kənd camaatının vəsaiti hesabına tikilib.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər