Dədəli kənd məscidi - Məscid Xaçmaz rayonunun Dədəli kəndində, 1995-ci ildə inşa edilib. Həyətyanı sahəsi 300 kv.metrdir. Dədəli kənd məscidi formaca səkkizguşəli olub, başdan-başa mişar daşı ilə tikilib. Damı dəmir təbəqə ilə örtülüb. Günbəzi sivri ucludur və üstündə aypara vardır. Döşəməsi taxtadandır. Məscidin içərisi ağ rənglə işlənmişdir. Qapı və pəncərələr taxtadan düzəldilib. Dədəli kənd məscidi Küveytin islam irsinin Dirçəlişi Cəmiyyətinin Azərbaycan bölməsi tərəfindən tikilib.
Azərbaycan Məscidlərinin ensiklopediyası